TEATRLARIMIZ
08 İyun 2022 / 13:53

“Mədəni gənclik” layihəsi çərçivəsində növbəti tamaşa maraqla qarşılanıb

Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrda dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşası nümayiş olunub.

Tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.

İlk tamaşası 1911-ci ildə oynanılan bu əsərin Akademik Musiqili Teatrdakı sonuncu quruluşu Xalq artisti, rejissor Cənnət Səlimovaya aiddir.

Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Ələkbər Əliyev, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Aydan Həsənova, Şaban Cəfərov, Hüseyn Əlili, Elxan İsmayılov, Əliməmməd Novruzov, Elməddin Dadaşov, Təranə Əliyeva, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Murad Əliyev, Rüstəm Rüstəmov, Rahib və Nuray Məmmədzadələr ifa ediblər.

Qeyd edək ki, bu səhnə əsəri “Mədəni gənclik” layihəsi çərçivəsində Akademik Musiqili Teatrda göstərilən 2-ci tamaşadır.

Bundan öncə teatrda dünyaşöhrətli yazıçı Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun quruluşunda hazırlanan “Paris Notr-Dama ithaf” tamaşası oynanılıb.

Xatırladaq ki, “O olmasın, bu olsun” tamaşası iyunun 11-də bir daha təqdim olunacaq.