TEATRLARIMIZ
10 İyun 2022 / 14:40

Musiqili Teatrın iyul repertuarı açıqlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı iyul ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

 

Sənət ocağının səhnəsində iyulun 1-də “Amerikalı kürəkən”, 2-də “O olmasın, bu olsun”, 3-də “Lara Martins Jaz club” tamaşaları göstəriləcək.

 

Bundan başqa, iyulun 8-də “Bir nəfəs qədər”, 9-da “Psix”, 10-da “Beş manatlıq gəlin”, 15-də “Lara Martins Jaz club”, 16-da isə “Bəxtiyar” tamaşaları nümayiş olunacaq. Həmçinin iyulun 17-də qala-konsertlə teatr 112-ci mövsümə yekun vuracaq.

 

Səhnə əsərləri müvafiq olaraq saat 19:00-da təqdim olunacaq.