TEATRLARIMIZ
16 İyun 2022 / 15:10

“Turp” tamaşası yenidən səhnədə

İyunun 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında rus xalq nağılı əsasında hazırlanan “Turp” tamaşası nümayiş etdiriləcək.

 

Quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə olan birhissəli uşaq tamaşasında fərqli kukla texnikaları tətbiq olunub.

 

Qoca kəndlinin bağçasında xüsusi qulluqla yetişdirdiyi turp ilə macərası illərdir ki, uşaqdan-böyüyə hər kəsin maraqla oxuyub-izlədiyi nağıllardandır.