14 Mart 2022 / 14:25

Opera və Balet Teatrında \"Xanəndənin taleyi\" operası oynanılıb - FOTO

"Xanəndənin taleyi" operasını C.Cahangirov 1978-ci ildə qələmə alıb. Opera XX əsrin əvvəllərində şöhrətin ən uca zirvəsində ikən Avropaya mühacirət edən və həyatının sonuna kimi vətən həsrəti ilə yaşayıb dünyasını dəyişən xanəndə Mir Səidin faciəvi taleyindən bəhs edir.

 

Tamaşada Mir Səid rolunu Əməkdar artist İlkin Əhmədov ifa edib. Opera tamaşasında həmçinin teatrın aparıcı solistləri Əməkdar artistlər Afaq Abbasova (Xanım), Əliəhməd İbrahimov (Rəşid bəy), Səbinə Vabahzadə (Gülsüm), Fəridə Məmmədova (Rəna), Tural Ağasıyev (Aşur bəy), solistlər Fəhmin Əhmədli (Qasım), Mahr Tağızadə (Məmməd) və Rza Xosrovzadə (Əsədulla bəy) çıxış ediblər.

 

Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatın laureatı Əyyub Quliyev idarə edib.