13 Dekabr 2021 / 12:23

\"Boccia\" idman növü üzrə \"SeniCup\" Azərbaycan Çempionatı \"Zəfər Turniri\"

 

13 dekabr "Boccia" idman növü üzrə "SeniCup" Azərbaycan Çempionatı "Zəfər Turniri" keçirildi. Milli Paralimpiya Komitəsi, Boccia İdman Federasiyasının təşkilatçılığı və "Seni" firmasının dəstəyi ilə "Boccia" idman növü üzrə ölkə çempionatının final mərhələsi Bakı İdman Sarayında baş tutdu. Açılış mərasimi Boccia İdman Federasiyasının idmançıları və II Vətən müharibəsinin qaziləri ilə birlikdə

"Hərbi parad " daha sonra Dövlət Himni ilə davam etdi. Final mərhələsinə qədər idmançılar 1 saylı sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yarışın seçmə mərhələsində iştirak etmişlər. Yarışda müxtəlif regionlardan 50-dən çox müxtəlif kateqoriyalı idmançılar öz güclərini sınamışlar. Tədbirdə Milli Məclisin Deputatları, İdmançılar , Paralimpiyaçılar , II Vətən müharibəsinin qaziləri iştirak etdi. Yarışın sonunda qalib olan idmançılar rəsmilər tərəfindən hədiyyə və diplomlarla təltif olundu. Daha sonra xatirə şəkli çəkdirərək tədbir yekunlaşdı.

Yarışın tərəfdaşları və sponsorları

“Seni” Firması

“Ulduz “Şkolad

“Hajma Group Of Companies “

“Lezzetdünyası “Şirkəti

“Çempion “Mağazası

“Gazelli Group “

“Can -Pa “

“İpek su”

“Azərçay “

“Boccia” idman növü üzrə 2021 “SeniCup” Azərbaycan Çempionatını qalibləri

BC-1

1-ci yer Canıyev Qalib

2-ci yer Qəribov Fuad

3-cü yer Məmmədova Münəvvər

BC-2

1-ci yer Ağayeva Sona

2-ci yer Kərimov Orxa

3-cü yer Cəfərova Gülnar

BC-3

1-ci yer Hüseynov Qafqaz

2-ci yer Süleymanov Samir

3-cü yer Yüsifli Qüdrət

BC-4

1-ci yer İslamov Xəyal

2-ci yer Mirzəyev Bəhruz

3-cü yer Veysəlov Zaur

BC-5

1-ci yer Əliyev Ramid

2-ci yer Əmrahlı Vüsal

3-cü yer Hacıyev Şəhriyar