VİDEO
10 May 2022 / 14:00

Şuşada Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib - VİDEO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fləşmob keçirilib.

 

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

 

Hərbçi, polis və müxtəlif sahələrdə çalışan gənclərin iştirakı ilə keçirilən fləşmob Cıdır düzündə, Şuşanın qala qapılarının önündə və şəhərin başqa bir neçə nöqtəsində təşkil olunub.

 

Fləşmobda Cıdır düzündə ümummilli lider Heydər Əliyevin imzası və 99 rəqəmi əks olunub.

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Ulu Öndərin 99 illiyi münasibətilə hazırladığı videoçarxda Ulu Öndərin Şuşa ilə bağlı fikirləri də yer alıb.