XALÇAÇILIQDA BİZ
16 Aprel 2022 / 16:07

İkiüzlü xovlu xalçanın toxunması üzrə ustad dərsi

Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam Taryer Bəşirov tərəfindən ikiüzlü xovlu xalçanın toxunması üzrə ustad dərsi keçirilib.

 

Xalça Muzeyindən bildirilib ki, dərslərə 18 yaşdan yuxarı şəxslər iştirak ediblər.

 

Ustad dərsində xalçatoxuma texnikasına xüsusi maraq göstərən iştirakçılar ikiüzlü xovlu xalçanın toxunmasının sirlərini öyrəniblər.