XALÇAÇILIQDA BİZ
18 Aprel 2022 / 10:30

Xalça Muzeyində növbəti mühazirə - “Rəngdən naxış dünyasına”

Azərbaycan Milli Xalça Muzeyində növbəti mühazirə təşkil edilib.

 

Mühazirə Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun 55 illik yubileyi çərçivəsində reallaşıb.

 

“Rəngdən naxış dünyasına” adlanan mühazirə sənətkarın rəssamlıq fəaliyyətinə həsr olunub.

 

Mühazirə zamanı rəssam bilik və təcrübəsini iştirakçılarla bölüşüb, onları maraqlandıran suallara cavab verib.

 

O, müəllifi olduğu rəngkarlıq əsərləri, qrafik rəsmləri, yaradıcılığının erkən dönəmlərindən etibarən müraciət etdiyi miniatür üslubu barədə çıxış edib. Mühazirədə muzeyimizin eksperti, Xalq rəssamı Aydın Rəcəbov, həmçinin rəssam Fikrət İbrahimli Məmmədhüseyn Hüseynovun çoxşaxəli yaradıcılığından söz açıblar.

 

Dərslər müzakirələrlə davam edib.

445