XALÇAÇILIQDA BİZ
19 Aprel 2022 / 13:00

Xalça Muzeyində növbəti mühazirə - “Ucal”

Aprelin 23-də Azərbaycan Milli Xalça Muzeyində “Bir taleli iki insan” sərgisi çərçivəsində “Ucal” adlı mühazirə keçiriləcək.

 

Mühazirədə rəssam Ucal Haqverdiyevin zəngin və çoxşaxəli yaradıcılığı haqqında onun həyat yoldaşı, Əməkdar rəssam Yelena Haqverdiyeva geniş məlumat verəcək.

 

Mühazirə rus dilində təqdim ediləcək.

 

Yerlər məhdud olduğu üçün öncədən qeydiyyatdan keçməyiniz xahiş olunur.