XALÇAÇILIQDA BİZ
30 Aprel 2022 / 10:44

Xalça Muzeyində Qarabağa aid əsrarəngiz “Qoca” xalçasının kəsim mərasimi olub

Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan Qarabağa aid əsrarəngiz “Qoca” xalçasının dəzgahdan kəsimi mərasimi olub.

 

Kəsim mərasimində 132-134 nömrəli təhsil kompleksi və Şuşa şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

 

Qeyd edək ki, “Qoca” xalçasının bədii quruluşu XVI əsrdə Təbrizin peşəkar ornamentalist rəssamlarının yaratdıqları “Şah Abbas” və “Əfşan” kompozisiyalarının təsiri altında formalaşıb. Xalçanın adlandırılması Xocavənd kəndinin adı ilə bağlıdır. XVIII əsrdən “Xocan” adı ilə məşhurlaşsa da, sonralar bu xalılar “Qoca” adlandırılıb.

513

 

514