XALÇAÇILIQDA BİZ
12 May 2022 / 12:00

Xalça Muzeyində “Muzeylərin yaranma tarixi” mövzusunda mühazirə keçiriləcək

Mayın 14-də Azərbaycan Milli Xalça Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylərin yaranma tarixi” adlı mühazirə keçiriləcək.

 

Mühazirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nurlana Bağırova tərəfindən aparılacaq. Muzeylərin yaranma tarixi və inkişaf mərhələləri barədə maraqlı məlumatlar əldə etmək və bu mövzuda suallara cavab tapmaq istəyənlər mühazirəyə dəvətlidirlər.

 

Yerlər məhdud olduğundan //forms.gle/tFVv2VqSwiLeiN3n9 linki vasitəsilə öncədən qeydiyyatdan keçmək xahiş olunur.