XALÇAÇILIQDA BİZ
17 May 2022 / 12:05

Xalça Muzeyində mühazirə - “Muzeylərin yaranma tarixi”

Azərbaycan Milli Xalça Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylərin yaranma tarixi” adlı mühazirə keçirilib.

 

Mühazirə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nurlana Bağırova tərəfindən aparılıb.

 

Mühazirədə muzeylərin yaranma tarixi və inkişaf mərhələləri barədə ətraflı məlumat verilib.

 

Mühazirə çərçivəsində maraq doğuran suallar ətrafında fikir mübadiləsi aparılıb.